Əlövsət Əliyev azadlığa buraxıldı –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Leqat” inteqrasiya mərkəzinin rəhbəri, sabiq polis rəisi Əlövsət Əliyev azadlığa buraxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə onun oğlu Türkel Rüstəmxanlı sosial şəbəkədə məlumat yayıb.

O, atasının azadlığa buraxıldığını bildirib.

Qeyd edək ki, ötən il Almaniyada polis “miqrant alveri” ilə məşğul olan azərbaycanlılardan ibarət dəstəyə qarşı əməliyyat keçirib və Əlövsət Əliyev də bu zaman saxlanılıb.

Xatırladaq ki, Əlövsət Əliyev 2015-ci ildə ailəsi ilə birlikdə Almaniyaya mühacirətə gedib. Almaniyanın Düsseldorf şəhərində “Leqat” inteqrasiya mərkəzini təsis edərək bu ölkədə yaşayan miqrant və mühacirlərə hüquqi xidmət göstərib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir