Qış məktəbinin iştirakçıları “Azərterminalkompleks” Birliyinə və Kinoloji Mərkəzə səfər ediblər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Fevralın 11-də Dövlət Gömrük Komitəsinin Akademiyası və Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsinin (INCU) birgə təşkilatçılığı ilə keçirilən IV Beynəlxalq Qış məktəbinin iştirakçıları Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə və Kinoloji Mərkəzə səfər ediblər.

Publika.az xəbər verir ki, Qış məktəbinin iştirakçıları Kinoloji Mərkəzin gündəlik iş prosesi və fəaliyyəti ilə bağlı məlumatlandırılıb. Bildirilib ki, Mərkəzdə xidməti axtarış itlərinin narkotik vasitələrin, partlayıcı maddələrin, odlu silahların və döyüş sursatının axtarışı, iz üzrə axtarış, bütün növ obyektlərin mühafizəsi üzrə hazırlanması həyata keçirilir.

Həmçinin, iştirakçılar”Azərterminalkompleks” Birliyinin tərkibində fəaliyyət göstərən Gömrük Tarixi Muzeyində nümayiş olunan eksponatlarla tanış olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir