Doğma yurdun sədaqətli övladı Arif Seyidov


Ölkəmiz əsrarəngsiz gözəllikləri ilə çox əcnəbiləri qısqandıran gözəlliklərə sahibdir. Bir də ölkəmizdə elə Rəbiyyət inciləri var ki, buna özümüz belə heyrətlənməməyimiz mümkün deyil. Belə qənirsiz gözəlliklərə sahib olan Göygöl özümüzü bunca heyrətləndirir.
Sovetlər dönəmində Kreml sakinlərinin istirahət məkanı olan nadir incimiz Göygöl rayonu öz şöhrəti ilə kimləri ayağına gətirmədi? Yəqin fərqinə vardınız ki, necə dəyərli xəzinədən bəhs edirik.
Əsası isə bəhs etdiyimiz xəzinəni qoruyan insanlardan söz açmaq yerinə düşər. Bir vaxtlar Xanlar rayonu kimi tanınan Göygöl rayonu sözün həqiqi mənasında göylərin lütfünə qərq olub. Lakin belə bir söz də var ki, “Bağa baxarsan bağ olar, baxmasan dağ olar”.
Fəxrlə danışdığımız bagımıza “bağbanlıq” edən Arif Seyidov 2006-ci ildən Göygöl rayonunda İcra Başçısı vəzifəsini yerinə yetirir. Rayona rəhbərlik etdiyi gündən bu günə qədər rayonun simasını tamamilə yeniləyib. Rayonun abadlığından tutmuş, təhsilinə, səhiyyəsinə böyük diqqət göstərənArif Seyidovun özü Göygöl rayonunda dünyaya göz açıb. Doğulduğu məkanının gözəllikləri, saflığı anasının südü ilə ruhuna hopmuşdur. Göygölün billur bulaqların saflığı ilə qanı, canı yoğrulub. Onun əzmi, çalışqanlığı xalqına daha faydalı olmaq, daha xeyirli xidmətlər göstərmək düşüncələrini formalaşdırdı. Elə bu məqsədlə də ali iqtisadçı təhsili aldıqdan sonra əldə etdiyi uğurlar kifayətlənməyib, hüquq təhsili ilə də elmini genişləndirdi.Doğma Göygöl rayonunda başçı təyin olunan vaxta qədər müxtəlif orqanlarda yüksək vəzifələrdə mövqe tutmuş və şəxsinə etibar edilən bir insan kimi özünü yetişdirmişdir. Onun bacarıq və qabiliyyətlərini fərq edən ölkə rəhbərliyi Arif Seyidova öz rayonunun taleyini etibar etdi. Arif Seyidov da ona göstərilən bu etimadı boşa çıxartmadı. Çünki Göygöl Arif Seyidov üçün yalnız vəzifə borcunu yerinə yetirməkdə borclu olduğu bölgə deyil, uşaqlığının, gəncliyinin formalaşdığı məkandır.

Baş Redaktor Cavid Süleymanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir