Nazir ATƏT-in baş katibini Bakıya dəvət etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Xarici işlər naziri Elmar Məmmədyarov Vyanada ATƏT Baş katibi Tomas Qreminqer ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən Publika.az-a veriləın məlumata görə, tərəflər ATƏT və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə ediblər.

Görüş zamanı baş katib ATƏT-in Azərbaycanı təhlükəsizliyin hərbi-siyasi, iqtisadi və ətraf mühit və insan ölçüsü üzrə öhdəliklərinin yerinə yetirilməsində dəstəkləməyə sadiq olduğunu qeyd edib. Qreminqer ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun Azərbaycan tərəfinin rəsmi dəvətini qəbul edərək 9 fevral tarixli növbədənkənar parlament seçkilərini müşahidə etmək üçün Azərbaycana Seçki Müşahidə Missiyasını göndərdiyini xatırladıb.

Elmar Məmmədyarov vurğulayıb ki, seçkilər Azərbaycanda həyata keçirilən islahatlar prosesi kontekstində nəzərdən keçirilməlidir.

Baş katib Qreminqer Minsk Qrupu həmsədrlərinin səylərinə tam dəstəyini ifadə edib və insanlar arasında intensive təmaslar vasitəsilə xalqların sülhə hazırlanması üçün konkret addımları və danışıqları alqışlayıb.

E.Məmmədyarov və T.Qreminqer həmçinin ATƏT-in “Xəzər Dənizi bölgəsində Yaşıl Limanların və Bağlılığın təşviq edilməsi” layihəsinin həyata keçirilməsinin hazırkı mərhələsini müzakirə ediblər. Layihə Xəzər dənizi boyunca və daha geniş bölgədə bağlılığı təşviq etmək üçün yenilənə bilən enerji, rəqəmsallaşma və ticarət və nəqliyyat vasitələrindən daha yaxşı istifadə etmələri üçün Azərbaycan, Qazaxıstan və Türkmənistanı dəstəkləmək məqsədini daşıyır.

Azərbaycanın XİN rəhbəri baş katibi yaxın gələcəkdə Azərbaycana səfərə dəvət edib. Nazir bildirib ki, baş katibin səfəri münasibətilə Bakıda yaşıl limanların və bağlılığın təşviqi ilə bağlı konfrans təşkil olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir