Mədəniyyət naziri bu ölkələrin səfirləri ilə görüşdü

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev fevralın 10-da Fransa, Əlcəzair və İordaniyanın ölkəmizdəki səfirləri ilə görüşüb.

Fransanın səfiri Zaxari Qross, Əlcəzair Xalq Demokratik Respublikasının səfiri xanım Səlimə Abdelhaq və İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Abdullah Ğoşehi ilə keçirilən görüşlərdə ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq imkanları, gələcək perspektivlər və həyata keçiriləcək layihələr haqqında müzakirələr aparılıb.

Nazir Əbülfəs Qarayev görüşlər zamanı qonaqları bu il Bakıda keçiriləcək VII Beynəlxalq Humanitar Forumda iştiraka dəvət edib. Nazir həmçinin hər iki ildən bir ölkəmizdə təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyətindən söz açıb, 2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən irəli sürülmüş mədəniyyətlərarası dialoqa dair “Bakı Prosesi”nin əhəmiyyətini vurğulayıb.

Görüşlərin sonunda hər üç ölkə ilə mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə Fəaliyyət planının işlənib hazırlanması barədə razılığa gəlinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir