Azərbaycanda yeni məktəbli formaları tətbiq olunacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Təhsil nazirliyi rəsmiləri bəyan ediblər ki, məktəbli formasının tikilməsi ilə bağlı nazirliklə hər hansı tikiş müəssisəsi arasında heç bir anlaşma yoxdur.

Bu gün Təhsil Nazirliyi yanında İctimai Şuranın təşkilatçılığı ilə məktəbli formaları ilə bağlı aparılan ictimai müzakirəyə həsr olunmuş görüş keçirilib. Sputnik Azərbaycan-ın məlumatına görə, tədbirdə Təhsil nazirinin müavinləri İdris İsayev, Məhəbbət Vəliyeva, nazirin müşaviri Elnur Məmmədov, İctimai Şuranın sədri və üzvləri, Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov, ölkədəki tikiş müəssisələrinin rəhbərləri iştirak ediblər.

Qeyd edək ki, Bakı Tikiş Evinin satış rəhbəri Etibar Əzimov mətbuata açıqlamasında bildirmişdi ki, yeni məktəbli formalarının tikilməsi üçün Təhsil Nazirliyi yanında yaradılan İşçi Qrupunda onların təqdim etdiyi məktəbli formaları eskizləri qəbul olunub. Əzimov hətta nazirliyin məktəbli formasını BTE-nin tikməsinə razı olduğunu bəyan etmişdi. Bu gün keçirilən tədbirdə Təhsil nazirliyi rəsminləri Əzimovun bu fikrini təkzib ediblər. (sosium.az)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp