13 milyon insan TƏHLÜKƏDƏ – Aclıq başlaya bilər

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Birləşmiş Millətlər Təşkilatı (BMT) çəyirtkələrin sürətlə yayılmağa davam etdiyi Şərqi Afrika ölkələri olan Keniya, Efiopiya və Somalidə 13 milyon nəfərin qida ehtiyatının təhlükədə olması barədə xəbərdarlıq edib.

Publika.az xəbər verir ki, BMT baş katibinin humanitar məsələlər üzrə müavini Mark Loukok məsələ ilə bağlı keçirilən mətbuat konfransında çəyirtkə istilasına qarşı təxirəsalınmaz tədbir görülmədiyi təqdirdə, Şərqi Afrika ölkələrinin fəlakətə məruz qalacağını və humanitar böhranla üzləşəcəyini bildirib.

O, həşəratlarla mübarizə planı üçün 76 milyon dollara ehtiyac olduğunu söyləyib.

Loukok iqlim dəyişikliyinin çəyirtkə sayının artmasında və onların sürətli yayılmasında təsirli olduğunu vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir