Bu dairələrin nəticələri ləğv edilir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun keçirdiyi mətbuat konfransında əhalinin gözləntilərinin əksinə hərəkət edən və ümidlərə zərbə vuran şəxslərin ciddi cəzalanacağı, o cümlədən sosial şəbəkədə yayılan məlumatların hər birinin dəqiqliklə araşdırılacağı barədə dedikləri böyük rezonans doğurub.

Axar.az xəbər verir ki, M.Pənahov bununla bərabər, konkret dairələri də nişan verdi. Onun sözlərinə görə, 33 saylı Xətai birinci, 35 saylı Xətai üçüncü, 60 saylı Salyan-Neftçala, 74 saylı Lənkəran kənd, 79 saylı İmişli, 80 saylı İmişli-Beyləqan və 81 saylı Beyləqan seçki dairələri barədə MSK-ya ciddi müraciətlər daxil olub.

Saytımıza daxil olan məlumata görə, hazırda bu dairələrdə ciddi araşdırmalar aparılır və dairələrin nəticələrinin ləğv ediləcəyi istisna edilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir