Pensiyalar artımlarla birgə ödənildi – RƏSMİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Bakı, Sumqayıt və Abşeron qeydiyyatında olan bütün pensiyaçılara pensiyalar artımlarla birgə ödənilib”.

Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov deyib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 6 fevral 2020-ci il tarixli Sərəncamı ilə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir