“Hər hansı neqativ halla, süni maneə ilə rastlaşmamışam”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Seçki prosesini yaxından izləmişəm. Hər hansı bir neqativ halla, süni maneə ilə rastlaşmamışam. İnsanlar sərbəst şəkildə gəlib istədikləri namizədə səs verirlər”.

Publika.az xəbər verir ki, bunu 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 18 saylı məntəqəsində 9 fevral parlament seçkilərini müşahidə etmiş İtalya parlamentinin üzvü Boludi Rossana deyib.

Onun sözlərinə görə, seçki hazırlığına və seçkilərin keçirilməsi yaxşı təşkil olunub: “Məntəqələrdə veb-kameraların quraşdırılması, istənilən KİV nümayəndəsinin məntəqələrə daxil olaraq, prosesi yaxından izləməsi seçkilərin azad və ədalətli keçirilməsinə imkan yaradır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir