Azərbaycanlı koronavirus əleyhinə dərman hazırladı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Qazax rayon Kosalar kənd sakini Asif Zöhrabov Çində yayılan öldürücü yeni növ koronavirusun insandan insana keçərək yayılmasının qarşısını ala biləcəyini iddia edir.

O, 10 günə yaxın müddət ərzində üzərində işlədiyi maddənin artıq hazır olduğunu bildirib. Onun sözlərinə görə, hazırladığı dərman sprey formasındadır və püskürüldüyü yerlərdə virusun yayılmasının qarşısını almaq qabliyyətindədir.

A.Zöhrabov qoruyucu spreyi hazırlamaq üçün tütün, kükürd, sarımsaq və bir neçə digər maddənin qarışığından istifadə etdiyini bildirib.

A.Zöhrabov niyyətinin ölkəmizi bu virusdan qorumaq və bacardığı qədər insanlara yardım etmək olduğunu söyləyib. (sputnik Azərbaycan)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir