Faraş kartof istehsalı artırılır

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Nazirlər Kabineti toxumluq kartofun idxal rüsumlarında dəyişiklik edilməsi haqqında qərarın izahını verib.

Nazirlər Kabinetindən Publika.az-a verilən məlumata görə, qərar faraş kartof istehsalının artırılmasının dəstəklənməsi məqsədi ilə hazırlanıb.

Qərara əsasən, toxumluq kartofun idxalının gömrük rüsumlarından azad edilməsi bir ay qabağa çəkilir.

Kartof toxumu idxal olunduqda, onun daşınmasına, çeşidlənməsinə, əkinqabağı otaq və ya istixana şəraitində cücərdilməsinə və əkinin aparılmasına işçi qüvvəsindən və kartofun miqdarından asılı olaraq 20-25 gün vaxt tələb olunur. Nəticədə may ayında idxal olunmuş kartofun əkin müddəti iyun ayına təsadüf edir ki, bu ayda artıq dağlıq rayonlarda kartofun vegetasiya dövrü tam kollanma fazası ilə qönçələmə fazası arasında olur və beləliklə kartof toxumunun may ayında idxal olunmasının iqtisadi səmərəsi azalır.

Bu qərardan sonra əvvəlki dövrdən fərqli olaraq rüsumsuz idxal olunan toxumdan alınan ilk məhsul mayda deyil, artıq apreldə yığılacaq, məhsuldarlığın artmasına və məhsul bolluğuna səbəb olacaq, fermerlərin istehsal xərci azalacaq və faraş kartofun maya dəyəri aşağı düşəcək və rüsumsuz toxum idxalı siyasətinin iqtisadi səmərəsi artmış olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp