Millimizin üzvü Renat Dadaşovdan İngiltərədə vacib qol

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Millimizin üzvü Renat Dadaşov İngitərənin “Vulverhempton” klubunun U-23 komandasında növbəti oyununa çıxıb.

Publika.az xəbər verir ki, gənc hücumçu Premyer Liqa kubokunun qrup mərhələsində “Birminhem”in müvafiq yaş qruplarından olan komandası ilə görüşdə iştirak edib. 90 dəqiqə meydanda olan Dadaşov 75-ci dəqiqədə komandasını məğlubiyyətdən xilas edən qolu vurub. Görüş 2:2 hesabı ilə başa çatıb.

“Vulverhempton” H qrupunda 4 oyuna 8 xalla liderdir.

Qeyd edək ki, ötən ay Portuqaliyanın “Pasuş de Ferreyra” klubundan icarədən qayıdan 20 yaşlı forvard “Vulverhempton”da 5 oyuna 4 qol vurub. O, “Liverpul”un da qapısına yol tapıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir