Gəncə etibarlı əllərdədir


İnsan oğlu yaranan gündən axtarışdadır. Yeni-yeni kəşflər,ixtiraları özündən sonrakı nəsillərə izini buraxmağa çalışır. İnsanın ən qiymətli kəşfi isə addır. Bizi əhatə edən alamdə insanların şəhərlərin,ölkələrin,əşyalarin və s. hər birinin öz adları vardır.
Biz bu gün az qala insanlıq qədər qədim olan qədim Gəncənin bu günkü halından bəhs etmək istəyirik.
Gəncə Azərbaycanın çox şərəfli tarixi və şəxsiyyətləri ilə xüsusi yeri olan bir şəhərdir. O səbəblə də bu şəhər hər zaman özündən bəhs etdirməyə vadar etdirib.
Məlum Gəncə hadisələrindən sonra Gənc şəhərinə yeni İcra Başçısı təyin olunmuş Niyazi Bayramov elə ilk gündən Gəncə əhalisinin rəğbətini qazanmağa çalışdı. Niyazi Bayramov Gəncə şəhərinə heç də təsadüfü olaraq təyin olunmuş rəhbər deyil. Mükəmməl hüquq təhsili almış Niyazi müəllim müxtəlif zamanlarda, müxtəlif orqanlarda yüksək vəzifələrdə mövqe tutmuş və şəxsinə etibar edilən vəzifələri layiqincə yerinə yetirmişdir. 2018-ci il tarixində məlum Gəncə hadisələri baş verən zamanı Mingəçevir şəhərinin İcra Başçısı vəzifəsini yerinə yetirən Niyazi müəllim iğtişaş yaşanan Gəncə şəhərinə təyin olundu. Əlbətdə belə bir zamanda düzgün kadr seçimi olduqca vacib bir məsələ idi. Ölkə başçısı İlham Əliyev cənabları Niyazi Bayramovun bəsirətlərini göz önündə tutaraq ona etimad göstərib, Gəncənin idarəçiliyini tapşırdı. Sabiq başçının hərəkət və hərəkətsizliklərindən qəzəblənən xalqın qəzəbini soyutmaq, onların tələblərini yerinə yetirmək və ən önəmlisi isə xalqın rəğbət və sevgisini qazanmaq kimi qarşısında dayanan vəzifələrin öhdəsindən gəlmək kimi böyük məsuliyyətin altına girdiyini bilirdi. Lakin Niyazi Bayramovun peşəkarlığı və ona olan inam bütün çətinliklərin öhdəsindən gələ biləcək gücünü verdi. Bunun nəticəsində qısa bir zaman içərisində Gəncə əhalisinin dərin hörmət və ehtiramını qazana bildi.
Yuxarıda qeyd etdiyimiz kimi Gəncə tarixin hər dövründə özündən bəhs etdirən bir məkan, insanları mübariz və cəsarətli olub. Məhz bu səbəblə də şəhər əhalisinin özünə məxsus özəlliyinə qarşı, xüsusi peşəkar yanasma olduqca vacib amildir. İdarəçilik məktəbini üz ağı ilə verən Niyazi Bayramov bunun da öhdəsindən layiqincə gəlib, Gəncəlilərin sevimlisi ola bildi. Bu gün Niyazi müəllim bir çox məmura örnək göstərilməsi bir şəxsiyyət və vətəndaşdır. Etimad göstərilib, etibar edilən işinin haqqını layiqincə ödəyə bilir. Qısa bir vaxtda xalqın rəğbətini qazanana bilib. Biz də sizə xalqımıza etdiyiniz şərəfli xidmətinizdə uğurlar diləyirik.

Baş Redaktor Cavid Süleymanov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir