Bakıda koronavirus HƏYƏCANI: Çindən gələn 5 nəfər xəstəxanaya yerləşdirildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətləri birgə məlumat yayıb.

Publika.az xəbər verir ki, bu gün üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə 5 nəfər yerləşdirilib.

Çində təhsil alan 1993-cü il təvəllüdlü Azərbaycan vətəndaşının hərarəti normaldır, heç bir şikayəti yoxdur, karantin müddəti bitənə qədər müayinə olunacaq.

Pekində təhsil alan 1992-ci il təvəllüdlü Azərbaycan vətəndaşı 1993-cü il təvəllüdlü həyat yoldaşı ilə birlikdə ölkəyə gəlib. Heç bir şikayətləri yoxdur, hər ikisi həkimlər tərəfindən müayinə olunacaq.

Çində təhsil alan 1998-ci il təvəllüdlü digər Azərbaycan vətəndaşı sərhəd keçid məntəqəsində nəzarətdən keçərkən hərarəti normadan bir qədər yüksək olub. Hazırda həkimlər tərəfindən müayinə edilir, ona lazımi yardım göstərilir.

Pekində təhsil alan 1997-ci il təvəllüdlü Azərbaycan vətəndaşının (qız) da hərarəti normaldır, heç bir şikayəti yoxdur.

Yuxarıda qeyd olunanlar ölkəyə tranzit aviareyslərlə İstanbul və Moskva şəhərlərindən gəliblər.

Bakıda təhsil alan Çin vətəndaşına gəldikdə, o karantin müddəti bitdiyindən bu gün evə buraxılır. Səhhətində heç bir problem yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp