Mehriban Əliyeva gəncləri təbrik etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Əziz gənclər, Sizin hər birinizi Azərbaycan Gəncləri Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Siz – ölkəmizin gələcəyisiniz. Mən əminəm ki, siz öz zəkanız, biliyiniz, bacarığınızla, qələbə və nailiyyətlərinizlə xalqımızı daim sevindirəcək və Azərbaycanın inkişafına layiqli töhfənizi verəcəksiniz. Bütün gənclərimizə möhkəm cansağlığı, tükənməz ruh yüksəkliyi, gözəl əhval-ruhiyyə, xoşbəxtlik və firavanlıq arzulayıram!”

Publika.az xəbər verir ki, bu fikirlər Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın “İnstagram” səhifəsində yer alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp