Azərbaycan vətəndaşlarının Çindən təxliyə prosesi başa çatdı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Çində koronavirusun kütləvi yayıldığı Uhan şəhərindən Azərbaycan vətəndaşları təxliyə edilib.

Publika.az xəbər verir ki, Azərbaycan vətəndaşlarını gətirən təyyarə Uhan hava limanından səmaya qalxıb.

Sərnişinlər şəhərin hava limanında müayinə edilib və onlarda qızdırma, habelə başqa əlamətlər aşkarlanmayıb. Sərnişinlərə xüsusi forma geyindirilib.

Xüsusi vasitələrlə dezinfeksiya edilən təyyarə əvvəlcə yanacaq üçün Ulan-Batora uçub. Təyyarə bundan sonra Türkiyənin paytaxtı Ankarada yerə enəcək.//Report.az

***

18:46

“Report” xəbər verir ki, hazırda yola düşəcək şəxslər avtobuslarla aeroporta göndərilir.

Şəhər hava limanında müayinə edildikdən sonra qızdırma və başqa əlamətlər aşkar edilməsə, onların bu gecə Türkiyə Ordusuna məxsus nəqliyyat təyyarəsinə mindirilərək aparılacağı gözlənilir.

Xatırladaq ki, bundan əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da Vuhandakı Azərbaycan vətəndaşlarını təxliyə edəcəklərini açıqlamışdı.

Qeyd edək ki, Vuhan şəhərində 7 nəfər Azərbaycan vətəndaşı yaşayır. Onlar əsasən tələbələrdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp