Quru meyvələrin İNANILMAZ FAYDASI: Qış aylarında…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Qış aylarında orqanizm üçün lazım olan vitamini quru meyvələrdən almaq mümkündür.

Publika.az xəbər verir ki, quru meyvələrdə bütün faydalı vitamin və mikroelementlər saxlanılır.

Onlardan bəzilərini təqdim edirik:

Qara gavalı qurusu – ən faydalı quru meyvələrdən biri sayılır. İlk növbədə qara gavalı həzm sistemin fəaliyyətini yaxşılaşdırır, qəbizlikdən azad edir. Bundan əlavə qara gavalı qurusu maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, ürək, qara ciyər, böyrəklər üçün xeyirlidir, görmə qabiliyyətini yaxşılaşdırır.

Kişmiş – ürək üçün çox faydalıdır. Müasir tədqiqatlar sübut edir ki, kişmiş sinir hüceyrələrini tükənmədən qoruyur.

Alma qurusu – bağırsaqların fəaliyyətini yaxşılaşdırır, ürək üçün xeyirlidir, anemiya zamanı kömək edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir