Azərbaycanda avtomobil istehsalının həcmi ARTACAQ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, 2019-cu ildə Azərbaycanda 2360 minik avtomobili istehsal edilib ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 1.8 dəfə çoxdur.

Publika.az-ın Dövlət Statistika Komitəsinin hesabatına istinadən verdiyi məlumata görə, Azərbaycanda minik avtomobilləri, qoşqu və yarımqoşquların ümumi istehsalı 315.5 milyon manat (il ərzində 10.6 faiz artım) təşkil edib.

Azərbaycana ümumilikdə 475 milyon manat dəyərində 36.061 min avtomobil idxal edilib. Ölkəyə 54 milyon manat dəyərində 3261 yük maşını (artım müvafiq olaraq 1.7 və 1.9 dəfə) və 68.7 milyon manat dəyərində 494 avtobus (artım müvafiq olaraq 2,1 və 5.5 dəfə) gətirilib.

Hökumətin proqnozlarına görə, 2020-ci ildə maşın istehsalının həcmi 56 milyon manat, 2021-ci ildə – 85.3 milyon manat, 2022-ci ildə isə 113.3 milyon manat təşkil edəcək.

Ölkədə avtomobil istehsalı həcminin tədricən ildə yeddi minədək artırılması planlaşdırılır. Bu say 2020-ci ildə 2 min, 2021-ci ildə 3,5 min, 2022-ci ildə 5,3 min və nəhayət 2023-cü ildə yeddi min ədədə qədər artacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir