Vüqar Bayramovun Füzulidə məhsuldar görüşləri davam edir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

84 saylı Füzuli seçki dairəsindən deputatlığa namizəd Vüqar Bayramov Füzuli rayonunda seçicilərlə görüşlərini davam etdirir. Bu gün (26.01.2020) səhər Əhmədalılar, Qazaxlar, Mirzənağılı kəndlərindən başlayan görüş Zobucuq 1, Zobcuq 2 qəsəbələrində və Kərimbəyli kəndində davam edib.

Seçicilərin aktivliyi ilə keçirilən görüşlərdə etimad və güvənlərinə görə seçicilərinə təşəkkür edən Vüqar Bayramov onlarla qürur duyuduğunu bildirib: Nə gizlədim, görüşdüyüm insanların gözündəki sevgi, inam, etimad məni qürurlandırır. Eyni zamanda seçdiyim yolun düzgünlüyünə və xalqın gözünün tərəzi olduğuna əminliyimi möhkəmləndirir. Mən xalqımın seçiminə güvənirəm. Bu güvənin yaratdığı məsuliyyəti daşımaq isə mənim üçün böyük şərəfdir.”

Görüşdə çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü Akif Musayev Vüqar Bayramovun vəkili olmaqdan şərəf duyğunu və seçiciləri aktiv şəkildə seçkilərdə iştirak etməyə səsləyib: Vüqar Bayramov qürur duyulan iqtisadçıdır. O, ölkədə aparılan iqtisadi islahatların normativ hüquqi bazasının yaradılmasında peşəkarcasına iştirak etmək imkanına malik olan bir iqtisadçı alimdir. Səsvermə zamanı da bu faktları nəzərə almağınızı tövsiyə edirəm. Mən sizi əmin edirəm ki, Vüqar müəllimi dəstəkləmiş olsanız, peşiman olmayacaqsınız.”

Görüşlərdə seçicilər də Vüqar Bayramova böyük etimad göstərdiklərini və ona güvəndiklərini bildiriblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp