Gəncədə gözəllik salonu yanır – YENİLƏNİB –

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Gəncə şəhərində gözəllik salonunda yanğın olub.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektində yerləşən ümumi sahəsi 24 kvadratmetr olan gözəllik salonunda baş vermiş yanğın artıq söndürülüb. Yanğın nəticəsində xəsarət alan olmasa da, gözllik salonunun içərisində olan əşyalar yanıb.

Yanğının hansı səbəbdən baş verdiyi isə aparılan araşdırmalardan sonra məlum olacaq.

***

Gəncə şəhərində gözəllik salonu yanır.

“Report”un Qərb Mərkəzinin məlumatına görə, yanğın Gəncə şəhər Nizami Gəncəvi prospekti ərazisində, Zabitlər evinin yaxnlığında yerləşən gözəllik salonlarının birində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin yanğınsöndürən maşınları cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır. Hadisə zamanı xəsarət alan olub-olmadığı barədə hələlik məlumat yoxdur.

Yanğının baş vermə səbəbləri araşdırılır.

DOSYE.ORG

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp