91 saylı seçki dairəsindən namizəd Kazim Məmmədov seçicilərlə görüşüb

91 saylı Ucar seçki dairəsindən namizəd Kazim Məmmədov təbliğat-təşviqat kampaniyası çərçivəsində rayonun Garaybəyli və Rəstəcə kəndlərində seçicilərlə görüşüb, qoca və ahıl seçiciləri evlərində ziyarət edib. 

Seçicilərlə görüşdə Kazim Məmmədov Ucar sakinlərinin demokratik dəyərlər istiqamətində inamla inkişafı üçün onlarla birgə çiyin çiyinə çalışaraq 
yeni gələcək yeni gənclik yeni düşüncələr naminə fevralın 9-da keçiriləcək parlament seçkilərində iştirak etməyin vacibliyin bildirib. 
Daha sonra Kazim Məmmdəov seçki proqramı haqqında ətraflı məlumat verib. Və gələcək nəsillərin demokratik mühitdə inkişafı üçün seçkidə iştirak edərək seçiciləri səs verməyə çağırıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir