Bu məktəbli qızın zəkasına hər kəs heyran qaldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Rusiyada məktəbli qız dünya gündəminə düşüb.

Publika.az xəbər verir ki, paytaxt Moskvanın Stubino qəsəbəsində yaşayan azyaşlı məktəbdən evə qayıdarkən arxasınca tanımadığı adamın gəldiyini görüb.

Yaşadığı binaya qədər naməlum şəxsin təqibinə məruz qalan azyaşlı onu aldadaraq xilas olmağı bacarıb. Belə ki, o, binaya daxil olaraq liftə doğru gedib. Daha sonra ani manevrlə əks tərəfdə yerləşən kiçik boşluqda gizlənib. Naməlum şəxsin liftə yaxınlaşdığını görən məktəbli dərhal binanı tərk edib və yaxınlıqdakı bir şəxsdən kömək istəyib. Naməlum adam qızı axtarsa da, tapa bilməyib. Onlar binanın girişində qarşılaşıblar. Məktəbli qızın yanında başqasının olduğunu görən adam oradan uzaqlaşıb.

Hadisə anbaan təhlükləsizlik kameralarının yaddaşına köçüb.

Məktəbli qızın ayıq-sayıqlığı və zəkası hər kəsi heyran edib.

Zümrüd

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir