Davos Forumu xarici investisiya cəlbini daha da artıracaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Hər il Davosda Dünya İqtisadi Forumu keçirilir ki, burada da dünyanın ən məşhur transmilli korporasiyalarının həmtəsisçiləri, rəhbərləri, hökumət nümayəndələri iştirak edir”.

Bu fikirləri Publika.az-a açıqlamasında Prezident İlham Əliyevin Dünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrə Konfederasiyasına işgüzar səfərinə münasibət bildirərkən iqtisadçı Ruslan Atakişiyev səsləndirib.

Forumun Azərbaycan üçün əhəmiyyətindən danışan iqtisadçı sözlərinə belə davam edib: “2 minə yaxın nümayəndənin iştirak etdiyi tədbirə Azərbaycanın da qatılması bir neçə baxımdan əhəmiyyət daşıyır. Bunların sırasında vahid dünya iqtisadiyyatında ölkənin rolunun artırılması, dünya iqtisadi xəritəsinin hazırlanmasında iştirakı kimi əhəmiyyətli məsələlər durur. Eyni zamanda, Azərbaycanın Forumda iştirak etməsi iqtisadi əlaqələrin daha da genişlənməsi baxımından əhəmiyyətlidir. Çünki toplantıda şirkət rəhbərləri, yəni investorlar iştirak edirlər ki, onlara ölkənin iqtisadi imkanları haqqında geniş məlumat verilir. Bu da xarici investisiya cəlbi baxımından əhəmiyyət kəsb edir”.

Tağı Həsənov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp