Dünya İqtisadi Forumunun saytında İlham Əliyevin məqaləsi dərc edildi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Davos Forumu kimi tanınan Dünya İqtisadi Forumunun saytında Azərbaycan Prezidenti İlham Əliyevin məqaləsi dərc edilib.

Dövlət başçısı yanvarın 21-24-də keçiriləcək Dünya İqtisadi Forumunun illik toplantısına yazdığı məqaləsində Azərbaycan iqtisadiyyatının 2007-ci ildən bəri sabit inkişaf trayektoriyası cızdığını, ölkənin özünü Avropa ilə Asiya arasında strateji nəqliyyat mərkəzi kimi mövqe tutduğunu və Azərbaycanın Avropaya təbii qaz ixracını əhəmiyyətli dərəcədə artırmasına imkan verəcək boru kəmərlərinin (TANAP, TAP) inkişafı barədə yazıb.

“2007-ci ildən bəri 14-cü dəfə Davos Forumunda keçiriləcək illik toplantıya qatılmağı planlaşdırıram. Dünya İqtisadi Forumu təkcə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə təqdim etmək üçün yox, həm də qlobal iqtisadi tendensiyalar haqqında hərtərəfli məlumat verən əla platformadır. Bu, bizə sosial-iqtisadi islahatları təşviq etməyə və xarici sərmayə cəlb etməyə yardım göstərir”, – Prezident İlham Əliyev vurğulayıb.

Davosda ənənəvi illik toplantıda Dünya İqtisadi Forumu iki qlobal təşəbbüsün həyata keçirilməsinə başlayacaq. Təşəbbüslərdən biri dünyada 1 milyard insanın təhsil almasına imkan verəcək qlobal təhsil proqramıdır. İkinci təşəbbüs isə dünyada 1 milyard ağacın əkilməsidir. (report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir