Bakıda şagirdləri daşıyan avtobus qəzaya düşdü, yaralılar var

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Bakıda marşrut avtobusu qəzaya uğrayıb.

Hadisə paytaxtın Xəzər rayonu, Albalılıq qəsəbəsi ərazisində baş verib.

107 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı 99 LH 456 dövlət nömrə nişanlı avtobusla orta məktəb şagirdlərini daşıyan “Mercedes” markalı 10 MT 884 dövlət nömrə nişanlı mikroavtobus toqquşub.

Yaralılara tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.(Trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir