Ərdoğanla İmamoğlu görüşəcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu yaxın zamanda görüşə bilər.

Publika.az xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin Ankaradakı xüsusi müxbiri Hande Fırat öz məqaləsində yazıb.

Ağıllı Şəhərlər və Bələdiyyələr Toplantısında Ə.İmamoğlunun Ərdoğana şəxsən verdiyi 4 səhifəlik məktubun bəzi detallarını açıqlayan jurnalist bildirib ki, Ərdoğanın məktubu cibinə qoymaması, aldıqdan dərhal sonra oxuması iki tərəf arasındakı gərginliyin azalmasına işarədir: “Məktubda “Melen anbarı”, şəhər xəstəxanasına gedən metro stansiyasının bağlanması və “Kanal İstanbul” layihəsi ilə bağlı mübahisələr yer alıb. Bələdiyyə sədri bu 3 məsələdə prezidentə yanlış məlumatlar verildiyini iddia edir. Həmçinin, nazirliklər və bürokratiyanın qarşısına qoyduğu maneələri aşmaq üçün prezidentdən görüş tələb edir. Ərdoğan məktubdakıları mütləq analiz edəcək. Görüş haqda razılıq versə, siyasi arenadakı atmosfer yumşalacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir