Türkiyənin elektrik mühərrikli avtomobilini dünya tanıyacaq

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Türkiyənin dizaynı və texniki xüsusiyyətləri ilə böyük rəğbət qazanan C seqmentinə aid elektrik mühərrikli SUV (Sport Utility Vehicle – İdman avtomobili) modeli ilk dəfə İspaniyanın Barselona şəhərində keçiriləcək MWC sərgisində tanıdılacaq.

Publika.az xəbər verir ki, yerli modelin təqdimatını Avtomobil Müəssisəsi Qrupunun (TOGG) baş icraçı direktoru Gürcan Karakaş reallaşdıracaq.

Texnologiya sərgisi 24-27 fevral tarixlərində baş tutacaq.

Qeyd edək ki, Türkiyənin ilk mühərrikli yerli avtomobilinin istehsal ediləcəyi zavodun inşası 2020-ci ildə başa çatacaq. Onun ilk seriyasının istehsalının isə 2022-ci ildə yekunlaşdırılması hədəflənib.

Məhərrəm Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir