Xalq artistindən Xoşqədəm Hidayətqızının ünvanına KƏSKİN SÖZLƏR: “Anormal insanı tovlayıb…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Video əlavə olunub.

***

Xalq artisti Brilliant Dadaşova bir neçə ay əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində müəmmalı şəkildə yoxa çıxan, ötən həftə yandırılmış meyiti tapılan Nərmin Quliyevanın ölümündə Xoşqədəm Hidayətqızını ittiham edib.

“Əziz dostlar gözəl bilirəm ki, onsuz da ayağımın altını qazımaq üçün fürsət axtaranların sayı artacaq. Psixologiyanı bilməyən, incə ələyib, sıx toxumaqdan bixəbər olanlar, yüz ölçüb bir biçə bilməyən insanlar ictimai proqram aparmamalıdır. Bir körpənin həyatıyla oynanıldı. Susaq deyirəm, uşağın ağlamaq səsi qulağıma gəlir. Kaş o proqramda hədə-qorxu gəlmək əvəzinə deyərdiniz ki, gəl sənə muştuluq-hədiyyə verəcəyik – psixoloji cəhətdən anormal insanı tovlayıb ortaya çıxarmaq daha asan olardı. Amma harda… Zaur Baxşəliyevə və Aytən Səfərovaya təşəkkür edirəm. Az da olsa, yaramıza məlhəm sürtdünüz”.

Xatırladaq ki, bu, iki məşhur arasında ilk qalmaqal deyil. Tanınmış jurnalist Xoşqədəm Hidayətqızı bir neçə il əvvəl müğənni Brilliant Dadaşovanın “TMB” kanalında yayımlanan verilişini bəyənmədiyini bildirmişdi. O, “TMB”də Dadaşovanın verilişinə baxıram. Bu ne yaaa…Dadaşovanın səsində problem var sanki. Türk müsafir sözün əsl mənasında ona oxumağın necə olduğunu göstərdi”, – deyə qeyd etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp