Vaqif Əsədov işdən çıxarılması xəbərinə aydınlıq gətirdi: Dünən səhər saatlarında…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Bu qərəzli xəbərlərin hardan və necə çıxdığını mən özüm də bilmirəm. Dünən səhər saatlarında hava şəraitinin kəskin dəyişməsi, havanın yağışlı yağmurlu keçməsi ilə əlaqədər KİV-ə müsahibə verərək sürücülərə tövsiyyələr vermişəm.

Həmçini YPX əməkdaşlarına verilən yeni formalarla bağlı tele-müsahibə də vermişəm.”

Bu sözləri Publika.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin mətbuat şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Polkovnik qeyd edib ki, polis polkovniki olaraq öz funksional vəzifəmi qanunvericilikdə nəzərdə tutulmuş tələblər üzrə bu gün də yerinə yetirir.

Qeyd edək ki, iki gündür polis polkovniki V.Əsədovun işdən çıxarılması barədə xəbərlər yayılmışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp