Britaniya XİN “Reuters”i gizli şəkildə maliyyələşdirib

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Britaniya hökuməti 1960-1970-ci illərdə Sovet təbliğatına müqavimət olaraq “Reuters”i gizli şəkildə maliyyələşdirib.

Bu barədə Britaniya Milli Arxivi tərəfindən yayımlanan yarım əsr əvvəlki sənədlərdə bildirilir.

Bildirildi ki, baş ofisi Londonda olan özəl teleqraf agentliyi (Reuters) o illərdə maddi sıxıntı yaşadığına görə, təxminən 30 il İngiltərə Xarici İşlər Nazirliyinin strukturunda siyasi təbliğata cavabdeh olan Məlumat Tədqiqatlarları Departamentinin təklifinə razılıq verib.

Sənədlərdən belə görünür ki, “Reuters”in Yaxın Şərq bürosu, Xarici İşlər İdarəsinin təkidi ilə Misirin”MENA”, Sovetlərin “TASS”, eləcə də Fransanın “AFP” informasiya agentlikləri ilə rəqabət üçün yaradılmışdır. Britaniya hökuməti maliyyə yardımı müqabilində “bütün agentliyin gündəliyinə müəyyən təsir” əldə etməyinə və “Reuters” rəhbərliyinin “Xarici İşlər Nazirliyi ilə məsləhətləşmələrini və onun söylədiyi fikirləri dinləməsini təmin etməyini” ümid edib. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir