Pakistanda güclü yağış və qar 14 nəfərin həyatına son qoydu

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Pakistanın qərbindəki Bəlucistan vilayətinin müxtəlif bölgələrinə yağan güclü qar və leysan yağışları nəticəsində azı 14 nəfər ölüb.

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Dawn” qəzeti yazıb.

Vilayətdə nəqliyyatın hərəkəti pozulub, qatarlar böyük ləngimə ilə gedib-gəlir. Bildirilir ki, Pakistanla Əfqanıstanı birləşdirən Kozak-Pass avtomobil yolu qarla bağlanıb və bu, sərhədin hər iki tərəfində bir neçə kilometr uzunluğunda tıxacların yaranmasına səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir