MSK-da Müstəqil Media Mərkəzi yaradıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Mərkəzi Seçki Komissiyasının (MSK) “Seçki-2020” Müstəqil Media Mərkəzi yaradılıb.

Bu gün MSK sədri Məzahir Pənahov və MSK üzvlərinin iştirakı ilə “Seçki-2020” Müstəqil Media Mərkəzinin açılışı olub.

MSK sədri jurnalistlərə açıqlamasında bildirib ki, Milli Məclisə seçkilər dövründə fasiləsiz fəaliyyət göstərəcək “Seçki-2020” Müstəqil Media Mərkəzində mətbuat konfransları keçirmək və bəyanatlar vermək üçün şərait yaradılıb: “Seçki-2020” Müstəqil Media Mərkəzinin www.seçki-2020.az internet saytı artıq Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərir. Səhifədə seçki prosesinin gedişi ilə bağlı məlumatlar, səlahiyyətli şəxslərin və ekspertlərin rəyləri, açıqlama və bəyanatlar yerləşdirilir. Eləcə də seçkilərə dair foto və videogörüntülər təqdim olunur”. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir