Xərçəngin müalicəsində yeni üsul: bir saniyədə yox ediləcək

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Araşdırma aparan elm adamları həftələrlə davam edən xərçəngin 1 saniyədə müalicəsi üçün yeni üsul kəşf edib.

Publika.az xəbər verir ki, Pensilvaniya Universitetindəki Abramson Onkoloji Mərkəzinin alimləri bütün müalicə prosesinin bir saniyədən az davam etdiyi proton radiasiya terapiyasının effektiv olduğunu təsdiqləyib.

Mərkəzin apardığı müqayisəli tədqiqat nəticəsində bu qənaətə gəlinib ki, flaş terapiya foton radiasiya terapiyası ilə müqayisədə yan təsirlərin riskinin üçdə ikisini azaldır.

Daha da əhəmiyyətlisi budur ki, yan təsir risklərinin azalmasına baxmayaraq, iki ayrı müalicə metodu tətbiq olunan xəstələrin sağalma nisbəti demək olar eyni olub.

Metodun ən müsbət tərəfi bütün müalicə müddətinin fotonik radioterapiya ilə bir neçə həftə əvəzinə bir saniyədən az davam edən bir seansda həyata keçirilə bilməsi sayılır.

Alimlərin açıqlamasına görə, yeni metodu reallaşdırmaq asan olmayıb. Bu, adi bir radioterapiya bölməsində flaş şüalanma istehsal etmək üçün elektron əvəzinə proton istifadəsinin nəticələrini göstərən ilk araşdırmadır. Nəticələr göstərir ki, effektiv xərçəng müalicəsi üçün proton radiasiyasının tətbiqi bu gün xüsusi avadanlıqların yaradılmasını gözləmədən mümkündür.

Tədqiqatçılar radiasiya dozasını dəqiq ölçmək üçün xüsusi sensorlar hazırlamalı olduqlarını bildirib. Çünki standart detektorlar yüksək radiasiya dozaları və ultra yüksək hissəcik nisbətləri səbəbindən tez doyduğunu göstərir.

Alimlər hesab edirlər ki, avadanlığın daha da optimallaşdırılması, klinik sınaqlar həyata keçirmək və flaş terapiyasının daha geniş tibbi praktikada istifadə olunmasına imkan verəcək.

Məhərrəm Əliyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp