Ukrayna təyyarəsini İran vurubsa… – Kiyevdən BƏYANAT

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi Tehranda qəzaya uğrayan sərnişin təyyarəsi ilə bağlı yeni açıqlama yayıb.

Publika.az xəbər verir ki, açıqlamaya görə, laynerin vurulduğu təsdiqini taparsa Kiyev təzminat tələb edəcək. Nazirlik hadisənin araşdırılması ilə bağlı beynəlxalq komissiyanın qurulmasını tələb edib. Məlumata görə, “qara qutu”nun hansı ölkədə oxunmasına Ukrayna və İran birgə qərar verəcək.

Anar Türkeş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir