Xəzər Universitetindən ölən tələbələrlə bağlı AÇIQLAMA

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Qərbi Kaspi Universitetinin 3 tələbəsi kirayədə qaldıqları evdə bu gecə tüstüdən boğulublar. Bəzi İnformasiya agentlikləri Qərbi Kaspi Universitetini ana dilimizə Qərbi Xəzər Universiteti kimi tərcümə ediblər. Biz də bütün xəbər agentliklərinə bildiririk ki, Qərbi Kaspi Universiteti Xəzər Universiteti deyil”.

Publika.az xəbər verir ki, bu sözləri Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru Əlövsət Əmirbəyli deyib.

Qeyd edək ki, ötən gecə Səbail rayonu ərazisində 3 əcnəbinin ölümü ilə nəticələnən yanğın olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp