Tramp və 5 min insan ölümdən son anda necə xilas oldu?

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“ABŞ hücuma cavab versəydi, 4-5 min insanı öldürəcəkdik”.

Publika.az “Tasnim”ə istinadən xəbər verir ki, bunu İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) Kosmos və Aviasiya bölməsinin komandanı Əmir Əli Hacızadə deyib.


İranlı general ABŞ-ın Qasım Süleymani sui-qəsdindən sonra fövqəladə vəziyyətdə və SEPAH-ın əməliyyatından əvvəl 12 PUA və bir neçə təyyarənin Eyn əl-Əsəd bazası üzərində uçuşlar aparmasına rəğmən, İranın əməliyyatına cavab verə bilmədiklərini və uğursuz olduqlarını dilə gətirib: “Biz şəhidlərimizin qanına dəyər biçməyəcəyik. ABŞ bazalarını, təyyarələrini vurmaq, hətta birbaşa Donald Trampı öldürmək Süleymaniyə bərabər kompensasiya olmayacaq”.

Qeyd edək ki, Qasım Süleymani 3 yanvar tarixində Bağdadda ABŞ qüvvələri tərəfindən öldürülüb. İran buna cavab olaraq 8 yanvarda ABŞ-ın İraqdakı Eyn əl-Əsəd və Ərbilç bazalarına 12 raket atıb, nəticədə 80 nəfərin öldüyünü iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir