Sürüşmə ərazisində aktivlik qalmaqdadır – Nazirlik

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Badamdar və 20-ci sahə arasında olan magistral avtomobil yolunun sağ yamacındakı sürüşmə ərazisində aktivlik qalmaqdadır.

Publika.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının rəisi Əziz Qaralov bildirib.

Onun sözlərinə görə, aparılan müşahidələr zamanı sürüşmə sahəsində xırda uçqunlar qeydə alınıb. Monitorinq və araşdırmalar davam etdirilir.

Hadisə nəticəsində Badamdar qəsəbəsindən “20-ci sahə” istiqamətində yol bağlanıb.

Qeyd edək ki, ərazidə ilk sürüşmə faktı 2018-ci il oktyabrın 12-də baş vermişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir