“Azərbaycan tərəfi Avropa Parlamentinə dəvət ünvanlamayıb ki…”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bu ilin 9 fevral tarixində ölkəmizdə keçiriləcək növbədənkənar parlament seçkiləri ilə bağlı aidiyyəti üzrə ölkəmizin Milli Məclisi tərəfindən parlament nümayəndə heyətlərinə və üzvü olduğumuz Parlament Assambleyalarına, həmçinin Xarici İşlər Nazirliyi tərəfindən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu, ATƏT, MDB, GUAM, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, QDİƏT, İslam Əməkdaşlıq Şurası və digər beynəlxalq və regional təşkilatlara dəvət məktubları göndərilib.

Bunu Publika.az-a Avropa Parlamentinin ölkəmizdə keçiriləcək parlament seçkilərində müşahidəçi qismində iştirak etməyəcəyi ilə bağlı yaydığı məlumatla bağlı açıqlamasında Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva deyib.

L.Abdullayeva bildirib ki, Azərbaycan tərəfi əsasən üzvü və iştirakçısı olduğu təşkilatlara 9 fevral seçkilərini izləmək dəvəti ilə müraciət ünvanlayıb:

XİN rəsmisi qeyd edib ki, bütün seçkilər ərəfəsində şəffaflığın təmin olunması məqsədilə seçkilərdə iştirak edən müşahidəçilərin qeydiyyatı ilə bağlı məlumatlar mütəmadi qaydada Mərkəzi Seçki Komissiyası tərəfindən ictimaiyyətə təqdim olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp