Ukrayna təyyarəsi raketlə vurulub – ABŞ adminstrasiyası

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

ABŞ prezidenti Donald Tramp Tehranda qəzaya uğrayan Ukrayna hava yollarına məxsus təyyarə ilə bağlı açıqlama verib.

Publika.az-ın məlumatına görə, o bildirib ki, laynerin qəzaya uğramasına insan amili səbəb ola bilər:

“ Çox pis hislər keçirirəm. Sanki kimsə səhv edib”.

Xatırladaq ki, Tehran-Kiyev marşrutu üzrə uçan layner havaya qalxandan bir neçə dəqiqə sonra yerə çırpılıb. Nəticədə göyərtədə olan 176 nəfər həyatını itirib. İran hadisənin texniki nasazlıq səbəbiylə baş verdiyini irəli sürüb.

Anar Türkeş

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp