Şəhid olan 19 yaşlı sərhədçimizlə bağlı FAKTLAR

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,Yanvarın 7-də saat 14:56-da Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində düşmən tərəfindən açılan snayper atəşi nəticəsində həlak olan sərhədçi əsgər Fərzəliyev Fərzəli Əlimürsəl oğlu Ucar rayonunun Alpı kəndindəndir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ucar Rayon İcra Hakimiyyəti məlumat yayıb.

Sosial şəbəkələrdə yayılan məlumata görə, şəhid olan əsgərin 19 yaşı varmış. O, 3 uşaqdan ibarət ailənin sonbeşiyi imiş. Əsgər Fərzəli Fərzəliyevin tərxis olunmasına 3 aydan da az vaxt qalıbmış. O, aprelin 1-dən 30-dək ehtiyata buraxılmalı idi.

Allah rəhmət eləsin!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir