Bakıda ev alqı-satqısı ofisində quldurluq – BIÇAQLA HƏDƏLƏDİ

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Bakıda quldurluq hadisəsi baş verib.

Publika.az xəbər verir ki, Nizami RPİ-nin 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini V.Nəbiyev yanvarın 7-də R.Rüstəmov küçəsində yerləşən ev alqı-satqısı ofisində paytaxt sakini Ə.Məmmədovun onu bıçaqla hədələyib 500 manatını və mobil telefonunu aldığını bildirib. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsinda quldurluğu törətməkdə şübhəli bilinən Ə.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb.

Nizami RPİ tərəfindən araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir