Neftçalanın Kürdili adasının “Robinzon” ləqəbli son sakini vəfat etdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

Neftçalada yerli sakinlərin “Robinzon Kruzo” ləqəbi verdikləri şəxs – Vitali Pronin dünyasını dəyişib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında Kürdili adasında baş verib.

Qeyd edək ki, Kürdili ötən əsrin 80-ci illərinə kimi rayonun ən abad kəndlərindən biri olub. Xəzər dənizində suyun səviyyəsi qalxdığından kəndin bir hissəsi su altında qalıb. Bununla da Kürdili adaya çevrilib. Bundan sonra adada yalnız Proninlər ailəsi qalıb. Vitali Pronin də adanın son sakini idi. / Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp