Azərbaycanda ipoteka kreditlərinin orta aylıq məbləği rekordu keçdi

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, 2019-cu ilin noyabr ayına olan göstəricilərə görə Azərbaycan bankları 31 milyon manat məbləğində ipoteka krediti verib. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə yarım milyon manat çoxdur.

Publika.az-ın Mərkəzi Bankın noyabr hesabatına istinadən verdiyi məlumata görə, 2019-cu ilin 11 ayı ərzində Azərbaycan bankları tərəfindən ümumilikdə 158,6 milyon manat ipoteka krediti verilib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 34,5 faiz azdır.

Noyabr ayında fondun müvəkkil bankları tərəfindən verilən kreditlərin orta aylıq məbləği 50 632 manat (2018-ci ilin noyabr ayında bu göstərici 48 704 manat olub) təşkil edib ki, bu da ölkədə ipoteka fondunun fəaliyyətinin müddətində ən yüksək göstəricidir. Kreditin orta ödəmə müddəti 2018-ci ilin noyabr ayındakı göstəriciyə nisbətən dəyişmədən 281 ay olub. Orta illik faiz dərəcəsi 6.44 faiz (bir il əvvəl 6.56 faiz), orta aylıq ödəniş 354.4 manat (344.7 manat) təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir