Mourinyo sarı vərəqə alması barədə: “Kobudluq etdim”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, “Tottenhem”in baş məşqçisi Joze Mourinyo İngiltərə Premyer Liqasının 21-ci turunda bu gün “Southempton”la səfər oyununda sarı vərəqə ilə cəzalandırılıb.

Publika.az xəbər verir ki, portuqaliyalı mütəxəssis matçın sonuna yaxın rəqib komandanın texniki zonasına gedərək “Southempton”un baş məşqçisi Ralf Hazenxyuttlın taktiki qeydlərini etdiyini dəftərçəyə baxıb. Görüşün baş hakimi isə texniki zona qaydasını pozduğu üçün ona sarı vərəqə göztərib.

Mourinyo 0:1 hesabı ilə uduzduqları görüşdə sonra sözügedən epizodu şərh edib. O, hərəkətini axmaqlıq adlandırıb: “Kobudluq etdim, amma bu axmaq kobudluq idi. Mən sarı vərəqəyə layiq idim. Oradakı oğlana (“Southempton”un məşçilərindən birini nəzərdə tutur – red.) pis söz dedim”./Qol.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir