İlham Əliyev “Müşfiq” yarımstansiyasının açılışında

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Dekabrın 29-da Bakının Səbail rayonunun Badamdar qəsəbəsində “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) yenidən qurulan 220/110/10 kilovoltluq “Müşfiq” və 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyaları istifadəyə verilib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə iştirak edib.

“Azərenerji” ASC-nin prezidenti Baba Rzayev yarımstansiyalarda görülən yenidənqurma işləri barədə dövlətimizin başçısına məlumat verdi.

Bildirildi ki, 2018-ci ilin sentyabrından ölkəmizin enerji sistemində islahatların keyfiyyətcə yeni mərhələsinə start verilib, yerli və xarici mütəxəssislərin rəyi nəzərə alınmaqla 2018-2021-ci illəri əhatə edən mükəmməl Reabilitasiya Proqramı hazırlanaraq dərhal icrasına başlanılıb. Bu proqramın həyata keçirilməsində əsas məqsəd itirilmiş gücləri bərpa etmək, enerji sisteminin etibarlılığı və dayanıqlılığını təmin edib inkişafa nail olmaqla yanaşı, 800 meqavatdan artıq “itirilmiş” gücü bərpa etməkdir. Bu günə qədər 400 meqavat itirilmiş güc artıq bərpa olunub.

Diqqətə çatdırılıb ki, “Azərenerji” ASC 12 elektrik stansiyasında və sistem əhəmiyyətli 20-dək yarımstansiyada tikinti, yenidənqurma və bərpa işləri həyata keçirir. Ötən ildən başlayaraq mövcud 87 yarımstansiyadan ikisində yenidənqurma işləri artıq başa çatdırılıb, 20-dək yarımstansiyada isə bu tədbirlər davam edir. 220/110/10 kilovoltluq “Müşfiq” və 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyaları da ən müasir standartlar səviyyəsində yenidən qurulub. Silsilə tədbirlər sayəsində “Müşfiq” və “Zabrat” yarımstansiyalarının dayanıqlılığı, etibarlılığı və təhlükəsizliyi təmin olunub.

Prezident İlham Əliyev “Müşfiq” yarımstansiyasını işə saldı.

Dövlətimizin başçısına 110/35/10 kilovoltluq “Zabrat” yarımstansiyasında aparılan yenidənqurma tədbirləri barədə də məlumat verildi.

Bildirildi ki, bu energetika qurğusunun gücü 160 meqavoltamperə çatdırılıb.

Prezident İlham Əliyev “Müşfiq” yarımstansiyasından SCADA Dispetçer İdarəetmə Sistemi vasitəsilə “Zabrat” yarımstansiyasını da işə saldı.

Sonra dövlətimizin başçısına Azərbaycan elektroenergetika kompleksinin sistem olaraq formalaşmasının 120, paylayıcı elektrik şəbəkəsinin yaradılmasının 90 illiyinə həsr edilən “Azərbaycan elektroenergetikası” kitabı təqdim olundu.

Sonda xatirə şəkli çəkdirildi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp