Dövlət 50 milyon manat ayırıb, amma…

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Dövlət hər il akademiyaya böyük məbləğdə vəsait ayırır. Lakin əvəzinə demək olar ki, heç bir fayda əldə etmir. Bu istiqamətdə işimizi təhlil edib onu yenidən qurmalıyıq.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev qurumun bu gün keçirilən ümumi yığıncağında deyib.

Onun sözlərinə görə, son illər akademiya əməkdaşlarının elmi-tədqiqat işlərinə Prezident yanında Elmin İnkişafı Fondu və SOCAR-ın Elm Fondundan 50 milyon manatdan artıq vəsait ayrılıb. Lakin ayrılan vəsaitlə müqayisədə tədqiqatların konkret nəticəsi hələ də görünmür.

AMEA prezidenti əlavə edib ki, alimlərin qeyri-neft sektorunun inkişafına real dəstəyi və bu proseslərdə iştirakı ümumiyyətlə hiss olunmur. Bu da öz növbəsində AMEA-nın yalnız büdcə hesabına fəaliyyət göstərən quruma çevrilməsinə gətirib çıxarır.

R.Mehdiyev bildirib ki, akademiya büdcəsinin yalnız 2 %-i büdcədənkənar vəsaitlər hesabına təşkil olunur: “Bu da onu göstərir ki, akademiyada elmi nəticələrin və innovasiya texnologiyalarının işlənib hazırlanması olduqca zəif qurulub”. (trend)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp