AMEA prezidenti: “Onlar “pokazuxa”lıqla məşğul olublar”

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki,

“Yaradılmasından 3 il keçməsinə baxmayaraq Yüksək Texnologiyalar Parkında da işlər müasir tələblər səviyyəsində qurulmayıb. Onlar rusların bir sözü var – “pokazuxa”lıqla məşğul olublar”.

Publika.az “Report”a istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev akademiyanın Ümumi yığıncağında çıxışı zamanı deyib.

O təəssüflə bildirib ki, akademiya mühüm dövlət proqramlarının icrası istiqamətində lazımi səviyyədə iştirak etmir.

“Elmi fəaliyyət sahəsində mövcud olan nöqsanların, elmi müəssisələrdə tədqiqatçıların elmi fəaliyyətinin stimullaşdırılması işinin düzgün qurulmamasının nəticəsidir ki, hazırki şəraitdə respublika üçün faydalı ola biləcək yüksək ixtisaslı kadrların xarici ölkələrə, sahibkarlıq fəaliyyəti sahəsinə və digər strukturlara axını günümüzün reallığıdır. Bütün bu nöqsanların aradan qaldırılması üçün akademiyanın strukturu tamamilə yenidən qurulmalı, onların inkişaf hədəfləri, prioritetləri müəyyənləşdirilməli və təxirəsalınmaz tədbirlər keçirilməlidir”- deyə AMEA-nın prezidenti əlavə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp