Ən aşağı yerətrafı orbitə peyk çıxarıldı

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Yaponiya ən aşağı yerətrafı orbitə peyk çıxardığı üçün Ginnessin Rekordlar Kitabına düşüb. Yaponiyanın Aerokosmik Tədqiqatlar Agentliyinin (“JAXA”) məlumatına görə, Yer kürəsinin uzaq məsafədən zondla tədqiqi üçün “SLATS” aparatı planetin səthindən 167 km hündürlüyə uğurla çıxarılıb.

Trend-in məlumatına görə, Yer kürəsinin uzaq məsafədən zondla tədqiqi peykləri planetimiz barəsində əlavə informasiya əldə etmək üçün bir mənbədir. Belə aparatların əsas çatışmazlığı ondan ibarətdir ki, onlar əsasən 2 min km hündürlükdə olan orbitdə fəaliyyət göstərirlər. Bu isə onlara planetin səthinin yalnız böyük sektorlarını müşahidə etməyə imkan verir.

“JAXA”nın mühəndisləri bu problemi həll edərək, “SLATS” peykini hündürlüyü 167,2 km təşkil edən ən aşağı yerətrafı orbitə çıxarmağa nail olublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Call Now Button Whatsapp