Bu gün elektrik enerjisi ölkəyə valyuta gətirir

Müstəqil.az informasiya agentliyi  xəbər verir ki, Yaradılmış şərait imkan verir ki, biz elektrik enerjisini ixrac edək və bu gün bu sahə ölkəmizə valyuta gətirir.

Publika.az-ın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin (ASC) prezidenti Baba Rzayevi qəbul edərkən deyib.

Bu il qeyri-neft sektorumuzda sənaye istehsalı 14 faiz artıbdır və bizim sənayeləşmə ilə bağlı olan digər layihələr bu gün reallaşır. Sənaye parkları, sənaye zonaları, yeni sənaye müəssisələri yaradılır ki, bütün bunlar enerji tələb edir. Ona görə biz öz strateji addımlarımızı elə atmalıyıq ki, daim Azərbaycanın tələbatı, o cümlədən sənaye istehsalı ilə bağlı olan tələbat enerji generasiya gücləri ilə, yarımstansiyalarla, ötürücü xətlərlə təmin edilsin ki, heç bir problem olmasın. Necə ki, bu gün heç bir problem yoxdur. Ona görə əminəm ki, gələn il də “Azərenerji” və onun bütün kollektivi öz vəzifə borcunu ləyaqətlə yerinə yetirəcək və Azərbaycanda enerji dayanıqlılığı daim təmin ediləcəkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir